Inventarizasiya

Inventarizasiya

Hər bir şirkətin aktivləri var və ilk aktivlərə nəzarət mexanizmi onların inventarizasiyasıdır, yəni faktiki sayının uçot məlumatları ilə müqaisəsidir. İnventarizasiya şirkətin müxtəlif aktivləri ilə aparıla bilər, məsələn, anbarlardakı mallar, əsas vəsaitlər, müştəri borcları və s. Beynəlxalq təcrübə maliyyə hesabatlarını hazırlamazdan əvvəl ildə bir dəfə (adətən ilin sonunda) bütün aktivlərin inventarizasiyasını tövsiyə edir.