Anbar

Anbar şirkətin əsas və həssas şöbələrindən biridir. Anbarın işində yerinə yetirilməli olan bir çox məqamlar var. Məsələn: iş qrafiki, maddi məsul şəxslər, inventarizasiyalar, likvid olmayan mallar, malların buraxılması və qəbulu sistemi, anbar təhlükəsizliyi, malların saxlanma şəraiti və s. Anbar əməliyyatlarının auditinin aparılması real vəziyyəti, zəif nöqtələri və prosesin necə optimallaşdırıla biləcəyini görməyə kömək edəcəkdir.

  • Mal qalığının inventarizasiyası, sayımı
  • Maddi məsuliyyət müqavilələrin yoxlanılması
  • Malların anbardan çıxışı və daxil olmasının yoxlanması
  • Sənəd dövriyəsinin yoxlanması, qaimə fakturalar və sair
  • Saxlama şəraitinin qiymətləndirilməsi
  • Anbarın fiziki təhlükəsizliyinin yoxlanması
  • Gec satılan mallar barədə tövsiyyələrin verilməsi
  • Malların effektiv düzümünün yoxlanması
  • Anbardarın başqa şöbələrlə komunikasiyasının yoxlanması
  • Təhvil-təslim aktlarının yoxlanılması
  • Anbar xərclərinin analiz edilməsi

·