Biz sizə maliyyə itkilərinin qarşısını almağa kömək edə bilərik.

Bizim haqqımızda

Şirkətimiz müxtəlif sahələrdə daxili audit xidmətlərinin göstərilməsi ilə məşğuldur. Biz daim daxili auditi təqdim etdiyimiz sahələri artırmağa çalışırıq. Təqdim etdiyimiz audit xidmətləri könüllüdür. Əgər sadaladığımız xidmətlərdən birinin daxili auditini aparmaq istəyirsinizsə, bu işdə sizə kömək etməkdən məmnun olarıq. Bizim mütəxəssis komandamız öz fəaliyyət sahələrində böyük təcrübəyə malikdir. Biz sizin gözləntilərinizi nəzərə alaraq daim öz üzərimizdə işləyirik. Ümid edirik ki, qeyd olunan sahələrin daxili auditi biznesinizi nəzarət altında saxlamağa kömək edəcək.

Mission

Auditin aparılması şirkət rəhbərliyinə işlərin necə olduğunu, çatışmazlıqların və imkanların nədən ibarət olduğunu görməyə və bununla da şirkətin işinə nəzarət etməyə kömək edəcək.

Vision

Biz çalışırıq ki, şirkətimiz sizin biznesinizin istənilən sektorunun peşəkar səviyyədə audit yoxlamasını keçirə bilsin.

Audit prosesinə tam müasir yanaşma ilə xidmətinizdəyik

Yüksək ixtisaslı kadrlar

Auditin aparıldığı sahələr üzrə böyük təcrübəyə malik olan işçilər audit prosesinə cəlb olunurlar.

Hər bir işə fərdi yanaşma

Audit prosesində biz konkret yoxlanılan obyektin xüsusiyyətlərini nəzərə alırıq və şablonlardan qaçiriq.

Etibarlılıq

Biz müştərilərimiz üçün etibarlı tərəfdaş statusu qazanmağa çalışırıq.

Rəqabətli qiymət

Auditin qiyməti tapşırığın həcmindən və mürəkkəbliyindən asılı olaraq formalaşır. İstənilən halda biz auditin keçirilməsinin sizin üçün faydalı olmasına çalışırıq.

Yoxlamanın keçirilməsi barədə konsultasiya ödənişsizdir.
Sizin suallarınızı cavablandırmağa şad olarıq.

EVIDENCE

AUDIT&CONSULTING

Bizimlə əlaqə saxlayın

Bakı, Azərbaycan

+994 70 222 50 30
office@evidence.az

Qoşulun